`Qarabağın həllində ATƏT-in rolu vacibdir` - Ştaynmayer


20:44     31 Avqust 2016 alman%20xarici%20isler2.jpg

Gündəmdə olan bütün əsas məsələlər ATƏT-in Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi görüşündə müzakirə olunacaq.


Femida.az RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu ATƏT-in fəaliyyətdə olan sədri, Almaniya xarici işlər naziri Frank-Valter Ştaynmayer bildirib.

"Böhranların dünyanı cənginə aldığı indiki zamanda Dağlıq Qarabağ, Şərqi Ukrayna, Dnestryanı və Avropada mövcud olan digər münaqişələrin həllində, böhranın idarə edilməsində ATƏT-in rolu əvvəlkindən daha vacibdir. Bunu həm də sülh və təhlükəsizliyin təminatı məsələsi ilə bağlı deyə bilərik", - Almaniyanın XİN başçısı vurğulayıb.

Qeyd edək ki, XİN Şurasının görüş sentyabrın 1-də Almaniyanın Potsdam şəhərində keçiriləcək. Görüşdə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edəcək.

Açar sözlər:

Oxunub: 617